AZ

Kürdəmirdə avtomobil ağaca çırpıldı: Sürücü xəsarət aldı – FOTO

Kürdəmir rayonunda yaralanma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Belə ki, "Chery" markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.




Bizim.Media, Aran bürosu

Seçilən
15
1
bizim.media

2Mənbələr