AZ

2026-cı il üçün elm və mədəniyyət sahələrində Dövlət Mükafatları verilib – SƏRƏNCAM

Prezident İlham Əliyev 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Heftelik.az xəbər verir ki, Sərəncama əsasən, 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatları aşağıdakı şəxslərə verilib:

Elm sahəsi üzrə

Asəf Hacı oğlu Hacıyev – “Çoxölçülü reqressiya analizi və süni intellekt” kitabına görə

Tarix Meyrut oğlu Dostiyev – Orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə

Mədəniyyət sahəsi üzrə

Eldar Hidayət oğlu Mikayılzadə – “Azərbaycan xalçası – ilmələrin rəqsi”, “Xəmsə” silsilələri və “Səmavi dinlər” triptixinə görə.

Seçilən
26
5
heftelik.az

10Mənbələr