Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı" maliyyə xidmətlərinə rahat çıxışın təmin edilməsi, əhali və MKOB-ların maliyyə sektorunda geniş iştirakının təmin edilməsi məqsədi daşıyır.
"Report" xəbər verir ki, bu, Dövlət Proqramında öz əksini tapıb.
Sənədə əsasən, maliyyə xidmətləri haqqında məlumatlılıq səviyyəsinin artırılması, maliyyə məhsullarının keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması, fiziki şəxslərin və sahibkarlıq subyektlərinin maliyyə xidmətlərindən bərabər və şəffaf şəkildə istifadə edə bilməsinin təmin edilməsi də Proqramın məqsədləri arasındadır.