AZ

Fransa klubunda gözləniməz istefa

Bruno Jenezio artıq “Lill” çalışdırmır. Fransa klubu baş məşqçi ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, rəhbərlik 2025/26 mövsümünün yekunlarına əsasən təcrübəli mütəxəssislə əməkdaşlığı davam etdirməmək qərarına gəlib.

Maraqlıdı ki, “Lill” Jenezionun rəhbərliyi altında cari mövsümü 61 xal toplayaraq Liqa 1-in turnir cədvəlində 3-cü yerdə başa vurub. Bu uğurlu nəticə sayəsində komanda növbəti mövsüm Çempionlar Liqasında iştirak hüququ qazanıb. Lakin bu nəticə rəhbərliyi qane etməyib.

Jenezionun “Marsel”ə və ya “Nitsa”ya keçəcəyi gözlənilir.

Seçilən
28
1
football-plus.az

2Mənbələr