AZ

Rusiya klubundan qovulan mütəxəssis La Liqa təmsilçisinin "sükanı arxası"na keçir

Bir müddət öncə Moskva MOİK-inin baş məşqçi postundan istefaya göndərilən Fabio Çelestini La Liqada işləməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.

Məlumata görə, italyan əsilli isveçrəli mütəxəssis "Xetafe" ilə şifahi razılığa gəlib. Mənbə İspaniya klubunun idarəçilərinin gedəcəyi gözlənilən indiki baş məşqçi Xose Bordalasanın qərarını qətiləşdirməsini gözlədiklərini vurğulayıb. Bordalasanın "Sevilya"nın "sükanı arxası"na keçməsi gündəmdədir. 

Çelestini mayın əvvəlində ayrıldığı MOİK ilə Rusiya Superkubokunu qazanıb. 

İspaniya çempionatını 51 xalla 7-ci yerdə başa vuran "Xetafe" UEFA Konfrans Liqasında mübarizə aparacaq.

Nihat

Seçilən
0
1
fanat.az

2Mənbələr