AZ

MDB-dən çıxış başlayır: Moldova əsas sazişləri ləğv etdi

Moldovanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxışı ilə bağlı proses rəsmən başlayıb.

Publika.az xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev açıqlama verib.

Onun sözlərinə görə, Kişinyov artıq MDB-nin əsas sazişlərindən çıxmaq üçün müraciət edib və prosedur təxminən bir il davam edəcək. Bununla yanaşı, Moldova iqtisadi əməkdaşlıq aspektini qoruyub saxlamaq niyyətində olduğunu bildirib.

Məlumata görə, bu ilin mart ayında Moldova prezidenti Maya Sandu MDB-nin yaradılması, təşkilatın nizamnaməsi və Alma-Ata Bəyannaməsi ilə bağlı əsas müqavilələrdən çıxış qərarlarını təsdiqləyib. Həmin qərarlar artıq qüvvəyə minib.

Eyni zamanda, Moldova hökuməti 1993-cü il yanvarın 22-də Minskdə imzalanmış MDB Nizamnaməsini də denonsasiya edib.

Seçilən
19
publika.az

1Mənbələr