Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) 2026-cı il ərzində “Euronews” kanalında təbliğat xarakterli məlumatların yerləşdirilməsi xidmətlərinə 1 700 000 AZN sərf edəcək.
Pravda.az-ın xəbərinə görə, DTA bu məqsədlə “Euronews”la müqavilə bağlayıb.
Bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilmədiyindən xidmətin detalları məlum deyil.
Cabir
Tarix: 26 May 2026, 17:41