AZ

Dodondan Sanduya sərt sözlər: Lukaşenko Moldovanı ondan çox sevir

Moldovanın sabiq prezidenti İqor Dodon Belarus lideri Aleksandr Lukaşenko ilə görüşü zamanı hazırkı dövlət başçısı Maya Sandu barədə sərt fikirlər səsləndirib.

Publika.az xəbər verir ki, Dodon Lukaşenkonun Moldovanı Sandudan daha çox sevdiyini bildirib.

"Mənim üçün, yerli bir moldovalı, öz ölkəsinin vətəndaşı olaraq, başqa bir ölkənin prezidenti Moldovanın hazırkı prezidentindən (Maya Sandudan) daha böyük Moldova vətənpərvəri olduqda… Bilirsiniz, bu, mənim ürəyimi ağrıdır", - deyə o vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Moldovanın MDB-dən çıxış prosesində olduğu açıqlanıb. Bu barədə MDB-nin baş katibi Serqey Lebedev məlumat verib. Onun sözlərinə görə, Kişinyov bununla yanaşı, MDB-yə üzv ölkələrlə iqtisadi əlaqələri qoruyub saxlamaq niyyətindədir.

Seçilən
11
publika.az

1Mənbələr