Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Vilnüsdə keçirilən mətbuat konfransında Baltikyanı regionun hava məkanına dronların daxil olması ilə bağlı insidentləri “Rusiyanın məqsədli strategiyası” adlandırıb.
Bizimyol.info xəbər verir ki, mətbuat konfransı Avropa Komissiyasının bu hadisələrə cavab tədbirlərinə həsr olunub.
“Bunlar ayrı-ayrı, təsadüfi insidentlər deyil, bu, bizim demokratiyalarımızı sabitsizləşdirməyi hədəfləyən Rusiyanın məqsədli strategiyasıdır”, – deyə fon der Lyayen bildirib.
O, Ukraynanın Avropanın hərbi-sənaye sisteminə təcili şəkildə inteqrasiya olunmasına çağırış edərək, “hərbi innovasiyalarda Rusiyanı qabaqlamaq” lazım olduğunu vurğulayıb. Avropa Komissiyasının sədri həmçinin yerli əhaliyə “səbir və sakitliklərinə görə” təşəkkür edib, eləcə də Avropa İttifaqı ilə Baltikyanı ölkələrin Rusiyanı birlikdə məğlub edə biləcəyini qeyd edib.
Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.