PAŞA Bankın tərəfdaşlığı ilə keçirilən Microsoft
Dünya Çempionatı seçim prosesinin ilk mərhələsi olan hakaton 23 may
2026-cı il tarixində start götürüb.
Bakı Dizayn Akademiyası tərəfindən təşkil edilən bu tədbir hər il
30-dan çox ölkədən 400-dən artıq iştirakçını bir araya gətirir. Nüfuzlu dünya
çempionatının final mərhələsi bu il 27 iyulda ABŞ-nin Kaliforniya ştatında
keçiriləcək. Azərbaycan gəncləri isə ilk dəfə olaraq bu beynəlxalq yarışda
ölkəmizi təmsil etmək uğrunda mübarizəyə qoşulublar.
200-dən çox müraciət
arasından seçilmiş 50 iştirakçı bu gün hakatona qatılıb. Onlardan 20 nəfər
növbəti mərhələyə - beynəlxalq sertifikasiya imtahanına keçmək hüququ
qazanacaq. Bu imtahandan uğurla keçən 3 finalçı isə Kaliforniyaya yollanaraq
dünya səhnəsində 30 ölkənin nümayəndələri ilə yarışacaq.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”