AZ

Ani ödənişlərin Milli Ödəniş Sistemindəki payı 80 %-ə çatdırılacaq

2030-cu ilə qədər Azərbaycanda ani ödənişlərin Milli Ödəniş Sisteminin əməliyyatlarında say çəkisinin 6,4 %-dən 80 %-ə çatdırılması planlaşdırılır.

Bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, bununla bağlı ilkin olaraq ödəniş xidməti təchizatçılarının rəqəmsal kanallarının Ani Ödəniş Sisteminə (AÖS) inteqrasiyası, habelə AÖS-dən istifadə üzrə inteqrasiyası nəzərdə tutulur. Ortamüddətli dövrdə isə AÖS ilə bağlı məlumatlılığın artırılması, AÖS-dən istifadənin genişləndirilməsi hədəflənir.

MənbəREPORT
Seçilən
24
banker.az

1Mənbələr