AZ

İDK BOKT-un zərəri 7 %-ə yaxın artıb

İDK MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 527 min manat zərərlə baş vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 6,7 % çoxdur.

Bu il yanvarın 1-nə İDK-nın aktivləri 1,059 milyon manat olub ki, bu da illik müqayisədə 27,4 % azdır. Bunun 705 min manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 5,7 % böyüyüb.

Hesabat dövründə İDK-nın öhdəlikləri 99,4 % azalaraq 2 min manat, balans kapitalı isə 7,1 % azalaraq 1,056 milyon manat, o cümlədən nizamnamə kapitalı 11,1 % artaraq 802 min manat olub.

Xatırladaq ki, İDK 2011-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100 % Əliyar Əsgərovdur.

Seçilən
14
far.az

1Mənbələr