AZ

Maliyyə bazarlarında istehlakçıların hüquqlarının qorunması üzrə qaydalar hazırlanacaq

BAKI, 26 may. TELEQRAF

2027-2028-ci illərdə maliyyə bazarlarında istehlakçıların hüquqlarının qorunması üzrə qaydalar hazırlanacaq.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, maliyyə bazarlarında istehlakçıların hüquqlarının qorunması üzrə qaydaların hazırlanması üçün ilkin mərhələdə qabaqcıl təcrübə araşdırılacaq. Maliyyə bazarlarında istehlakçıların hüquqlarının qorunması üzrə diaqnostika aparılacaq.

Seçilən
12
teleqraf.com

1Mənbələr