AZ

Azərbaycandakı maliyyə institutları “Öz müştərini tanı” sisteminə qoşulacaq

Azərbaycandakı maliyyə institutlarının “Öz müştərini tanı” sisteminə qoşulması nəzərdə tutulur.

Bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, paylanılmış “Öz müştərini tanı” sisteminə qoşulan maliyyə institutlarının payının 30 % çatdırılması hədəflənir. 2025-ci ildə bu göstərici 0 % olub.

Bundan başqa, proqramda deyilir ki, ödəniş xidməti təchizatçılarının “Açıq bankçılıq” modelini tətbiq etməsi, onların payının indiki 0 %-dən 10 %-ə çatdırılması nəzərdə tutulur.

Həmçinin adambaşına düşən nağdsız ödənişlərin sayının 250-ə çatdırılması (2025-ci ildə 228) də proqramın hədəfləri sırasındadır.

MənbəREPORT
Seçilən
15
3
banker.az

5Mənbələr