Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 26 may, AZƏRTAC
Qurban bayramı ərəfəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı regional bölməsi tərəfindən heyvan kəsimi və satışı məntəqələrində “Erkən kəsimə son!” kampaniyası çərçivəsində maarifləndirmə tədbirləri icra edilib.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, kampaniya çərçivəsində heyvandarlıqla məşğul olan şəxslərə, eləcə də qəssablara AQTA tərəfindən hazırlanmış məlumatlandırıcı buklet və flayerlər paylanılıb, onlara erkən kəsimin mənfi təsirləri barədə ətraflı məlumat verilib.
Tədbirlərin əsas məqsədi Qurban bayramı ərəfəsində heyvanların kütləvi kəsimi fonunda kampaniyanın önəmini ictimaiyyətin diqqətinə çatdırmaq, xüsusilə damazlıq əhəmiyyətə malik dişi quzuların 3–5 aylıq dövrdə kəsiminin qarşısını almaqdır.



Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.