Ermənistan və ABŞ arasında TRIPP ("Tramp marşrutu") layihəsi üzrə çərçivə sazişi bir neçə həftə ərzində imzalanacaq.
Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə bu gün paraflanmış strateji əməkdaşlıq haqqında çərçivə sazişi bir neçə həftə ərzində imzalanacaq", - o bildirib.