AZ

Xorvatiyadakı turnirlərdə iştirak edəcək Azərbaycanın çimərlik güləşçiləri bəlli oldu

Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə 2 beynəlxalq yarış keçiriləcək.

Fanat.Az xəbər verir ki, Azərbaycan hər iki turnirdə təmsil olunacaq.

Mayın 27-də U-17 yaş qrupu üzrə Avropa Əlirza Heybətli, Elcan Həsənov (hər ikisi 60 kiloqram), Rəşad Əliyev (70 kiloqram), Elvin Hacıquliyev, Ruslan Vəliyev (hər ikisi 80 kiloqram), Möhlət Qasımov və Tural Eynullayev (90 kiloqram) uğur qazanmağa çalışacaqlar.

Mayın 30-31-də isə böyüklər qum üzərinə çıxacaqlar. Dünya Seriyasının II mərhələsində Rübail İbrahimli (70 kiloqram), Sahib Dadaşov (80 kiloqram), Vüsal Əliyev (80 kiloqram), Əşrəf Aşırov (90 kiloqram) və İslam İlyasov (+90 kiloqram) mübarizə aparacaqlar.

Hər iki yarışda I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.

Seçilən
3
2
fanat.az

3Mənbələr