AZ

“Neftçi” Qriqorçukla vidalaşdı

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Neftçi”də baş məşqçi Roman Qriqorçukun taleyi məlum olub.

“FutbolPress“in əldə etdiyi məlumata görə, klub rəhbərliyi mütəxəssislə yolları ayırmaq qərarına gəlib. Buna səbəb komandanın çempionatdakı uğursuz çıxışıdır.

“Neftçi” bu gün vidanı açıqlayacaq. Komandanı sabahkı məşqə onun köməkçisi Sənan Qurbanov çıxaracaq.

Paytaxt klubu Premyer Liqada 9 turdan sonra qələbə qazana bilməyib və 5 xalla 9-cu sıradadır.

Roman bu yay “Neftçi”yə baş məşqçi təyin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
futbolpress.az

1Mənbələr