AZ

“Sabah” qapıçısı ilə yeni müqavilə imzalayıb

Bakı, 26 may, AZƏRTAC

“Sabah” qapıçısı Stas Pokatilovla yeni müqavilə imzalayıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, qazaxıstanlı qolkiperlə sözləşmənin müddəti 1 ildir.

Pokatilov 2025-ci ilin yanvar ayından “Sabah”ın uğurları üçün çalışır. 33 yaşlı qapıçı komandanın heyətində 61 oyun keçirib, bir dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

 

Seçilən
46
8
azertag.az

10Mənbələr