Bakı şəhərinin küçə və prospektlərində sərnişin avtobusları üçün quraşdırılmış dayanacaqların təmir və bərpası, yararsız vəziyyətə düşənlərin sükülərək ərazidən kənarlaşdırılması xidmətlərinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, məbləğ 419 531 AZN-dir.
Sifarişçi “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” (AYNA) publik hüquqi şəxsi, icraçı isə “Madina Group MM” MMC-dir.
AYNA və şirkət arasında müqavilə bağlanıb.
Cabir
Tarix: 26 May 2026, 19:27