AZ

“Gənclər arasında Qərbi Azərbaycanın tarixi-mədəni irsinin təbliği” adlı layihə keçirilib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi

ilə "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai

Birliyi tərəfindən 2026-cı ilin fevral-may ayları aralığında Sabirabad və

Saatlı rayonlarında "Gənclər arasında Qərbi Azərbaycanın tarixi-mədəni irsinin təbliği” adlı layihə keçirilib. 

 

Aktual.az xəbər verir ki, layihənin

əsas məqsədi gənclərin Qərbi Azərbaycan barəsində hərtərəfli məlumatlandırılması

və Qərbi Azərbaycana qayıdış prosesində onların aktiv fəaliyyətə cəlb edilməsi olub.

 

Layihə çərçivəsində qeyd olunan rayonlarda mövzuya uyğun gənclər

arasında intellektual yarışlar keçirilib. Yarışlarda

100-dən çox gənc iştirak edib. Qalib komandalara sertifikatlar təqdim

olunub.

Seçilən
89
2
ulusum.az

3Mənbələr