AZ

Müşavirəsindən sonra aqrar gündəm: Kənd təsərrüfatımız hansı mərhələdədir? – MÜSAHİBƏ

Qlobal çağırışlar, iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması və ərzaq bazarındakı risklər fonunda kənd təsərrüfatı artıq yalnız iqtisadi deyil, həm də strateji təhlükəsizlik məsələsi kimi ön plana çıxır. Azərbaycanda aqrar sektorun inkişafı, daxili istehsalın artırılması və müasir texnologiyaların tətbiqi dövlət siyasətinin əsas prioritetlərindəndir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş son müşavirədə bu sahəyə dair səsləndirdiyi mühüm mesajlar, mövcud vəziyyətin təhlili və qarşıya qoyulan hədəflər aqrar siyasətin yeni mərhələyə keçidini daha da aktuallaşdırıb.

Moderator.az bu istiqamətdə görülən işlər, həyata keçirilən dövlət proqramları və qarşıda duran vəzifələrlə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev ilə həmsöhbət olub. 

Həmin müsahibəni təqdim edirik:

— Tahir müəllim, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının kənd təsərrüfatında yaratdığı dönüş və Prezident İlham Əliyevin dünənki müşavirədə səsləndirdiyi əsas mesajlar barədə nə deyə bilərsiniz?

— Regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramının uğurla yerinə yetirilməsi ölkədə bütün sahələrin inkişafı ilə bərabər, kənd təsərrüfatında da əsaslı dönüş yaradılmasına imkan vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə də bu barədə geniş danışmış, aydın yol xəritəsini vermişdir və bildirmişdir ki, görülən tədbirlər insanlara qayğı, kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər bir çox ciddi problemlərin su, işıq, qaz, yol problemlərinin aradan qaldırılması, bugün əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bərabər, həm də aqrar sektorun inkişafına təkan vermiş və müəyyən sahələrdə uğurlu nəticələr əldə edilmişdir.

— Prezident İlham Əliyev pambıqçılıq, taxılçılıq və heyvandarlıq sahələrində nəticələrin hələ qaneedici olmadığını bildirdi. Bu sahələrdə potensialın artırılması üçün hansı addımlar vacibdir?

— Ölkə rəhbəri pambıqçılıqda, taxılçılıqda, heyvandarlıqda və digər sahələrdə qazanılmış nəticələrə diqqəti cəlb etməklə bərabər həm də bildirmişdir ki, bu nəticələr bizi qane etmir. Çünki ölkənin kənd təsərrüfatı potensialı yüksəkdir, onu artırmaq mümkündür. Əlbəttə ki, bu artım bizim milli təhlükəsizliyimizdir, ərzaq təhlükəsizliyinin təmin olunmasıdır, vətəndaşların yerlərdə qalıb daha məskunlaşmasıdır, digər tərəfdən onların rifah halının, pul gəlirlərinin artırılması deməkdir. Bunun üçün də kənd təsərrüfatı önəmli bir sahədir və bu sahəyə diqqət gündən-günə artırılmalıdır.

— Müasir texnologiyaların tətbiqi, investorların cəlb olunması və ixrac potensialının artırılması istiqamətində hansı yeniliklər nəzərdə tutulur?

— Cənab Prezident bildirmişdi ki, biz mütləq elmin nailiyyətlərinə, qabaqcıl təcrübəyə, müasir texnologiyaların tətbiqinə, iri təsərrüfatlarının yaradılmasına, ailə təsərrüfatlarının inkişaf etdirilməsinə, investorların Azərbaycana cəlb olunmasına, ixrac potensiallarının artırılmasına diqqəti cəlb eləməliyik və bu sahədə mühüm işlər görülməlidir. və əlbəttə ki, bu, bu günümüz üçün çox vacibdir, ölkə iqtisadiyyatı üçün çox vacibdir, insanların mədəni rifahı üçün, kəndlərin, regionların inkişafı baxımından, müasirləşməsi baxımından çox önəmlidir və ölkə rəhbəri də yeni dövlət proqramının məhz bu sahəyə, bu amillərə, bu amallara xidmət elədiyini bildirmişdi və dünən çox mühüm bir dövlət proqramı Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq, afto-kultura sahələrinin məhsullarının istehsalı, emalı sahələrinin inkişaf etdirilməsinə dair 2026-2030-cu illər üçün dövlət proqramı təsdiq olundu. Bu dövlət proqramında əlbəttə ki, çox böyük bir vəsaitin ayrılması nəzərdə tutulur, 6 milyard vəsait bilavasitə ayrılması nəzərdə tutulur.


 Digər tərəfdən, ölkə rəhbərinin bildirdiyinə görə, subsidiya mexanizminin güzəştli kreditlərin artırılmasını və bunun məqsədi xərclənməsinin düzgün vaxtında xərclənməsinin yolları göstərilir və bu proqram mərhələli şəkildə həyata keçiriləcək və proqramın məqsədi, hədəfi otuzuncu ilə kimi özümüzü ərzaqlıq buğda ilə heyvandarlıq məhsulları ilə digər kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir. Əlbəttə ki, bu çox vacib bir proqramdır və göstərildiyi kimi ölkədə taxılçılığın inkişafı, pambıqçılığın inkişafı, digər sahələrin inkişafı üçün əlverişli potensial var, ancaq torpaqlardan, sudan, müəyyən təbii resurslardan bir o qədər səmərəli istifadə edilməməsi nəticəsində hələ də biz yüksək hədəflərə nail ola bilmirik. Ancaq görülən tədbirlər hesab edirəm ki, bu hədəflərə nail olmağa imkan verəcək və buna da nəinki bir nazirliyin, hər bir insanın, hər bir sahibkarın, müvafiq orqanların vəzifələri müəyyən olunub, bu vəzifələrin yerinə yetirilməsi əlbəttə ki, gələcək inkişaf üçün çox vacibdir.

— 2026-2030-cu illəri əhatə edən yeni dövlət proqramının əsas hədəfləri nədən ibarətdir?

— Bu proqram mərhələli şəkildə həyata keçiriləcək və proqramın məqsədi, hədəfi otuzuncu ilə kimi özümüzü ərzaqlıq buğda ilə heyvandarlıq məhsulları ilə digər kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir. Əlbəttə ki, bu çox vacib bir proqramdır və göstərildiyi kimi ölkədə taxılçılığın inkişafı, pambıqçılığın inkişafı, digər sahələrin inkişafı üçün əlverişli potensial var, ancaq torpaqlardan, sudan, müəyyən təbii resurslardan bir o qədər səmərəli istifadə edilməməsi nəticəsində hələ də biz yüksək hədəflərə nail ola bilmirik. Ancaq görülən tədbirlər hesab edirəm ki, bu hədəflərə nail olmağa imkan verəcək və buna da nəinki bir nazirliyin, hər bir insanın, hər bir sahibkarın, müvafiq orqanların vəzifələri müəyyən olunub, bu vəzifələrin yerinə yetirilməsi əlbəttə ki, gələcək inkişaf üçün çox vacibdir".

Pərvin Şakirqızı

Seçilən
23
4
moderator.az

5Mənbələr