Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov Dövlət Məşğulluq Agentliyində keçirilən görüşlə bağlı QHT.az-a açıqlama verib.
Elşad Məmmədov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov və Agentliyin digər rəhbər əməkdaşları ilə geniş müzakirələr şəraitində səmərəli və məzmunlu görüş keçirilib.
Onun sözlərinə görə, görüş zamanı məşğulluq sahəsində həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr və ictimai iştirakçılıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
“Qeyd etmək istəyirəm ki, Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti çərçivəsində əldə olunan nəticələr, eyni zamanda qurumun ictimaiyyət nümayəndələri ilə açıq dialoqa və fikir mübadiləsinə önəm verməsi təqdirəlayiq hesab olunmalıdır”, – deyə Elşad Məmmədov vurğulayıb.
İctimai Şuranın sədri sonda dəvətə və görüşün təşkilinə görə Agentliyin rəhbərliyinə təşəkkürünü ifadə edib