Yaponiya texnologiya və mühəndislik sahəsindəki yenilikləri ilə tanınır. Kawasaki şəhərində yerləşən dünyanın ən qısa eskalatoru isə ölkənin ən maraqlı rekordlarından biri hesab olunur.Metbuat.az xəbər verir ki, qeyri-adi eskalator Tokyo və Yokohama arasında yerləşən Kawasaki şəhərində Morz Departmənt Storun zirzəmi mərtəbəsində yerləşir. Eskalatorun şaquli hündürlüyü cəmi 83.4 sm təşkil edir. Onun yanında yerləşən pilləkən 5 pillədən ibarətdir. Bir dəfə istifadə müddəti təxminən 4-5 saniyədir və bu, bəzən adi pilləkənlə enməkdən ciddi fərqlənmir.Ziyarətçilərin bir qismi bu eskalatordan dəfələrlə istifadə edərək onu “təcrübə attraksionu” kimi dəyərləndirir. Ticarət mərkəzinin daha sakit hissəsində yerləşdiyi üçün insanlar burada dayanıb onu izləmək və sınamaq imkanı da tapırlar.