AZ

“Qarabağ” 8000 manat cərimələndi

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXXIII turunun oyunları ilə bağlı qərarlarını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, “Sumqayıt” – “Qarabağ” matçından sonra meydana kənar şəxslərin daxil olmasına görə meydan sahibi klub 2500 manat cərimələnib.

“Ağdam” təmsilçisi isə azarkeşlərinin pirotexniki vasitələrdən istifadəsinə görə 8000 manat məbləğində cərimə olunub.

“Kəpəz” – “Neftçi” görüşündə Gəncə klubu 4 futbolçusunun sarı vərəqə almasına görə 700 manat ödəyəcək.

Paytaxt təmsilçisinin futbolçusu İfenayi Metyu isə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb. Bu matçlardan biri şərti hesab olunub. “Neftçi” əlavə olaraq 1000 manat cərimə edilib.

Seçilən
18
90deqiqe.az

1Mənbələr