AZ

Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!

Samir Abasov yenidən "Sumqayıt"ın baş məşqçisi olacaq.

"Football-plus.az"ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl klubla mütəxəssis arasında, demək olar, bütün detallar razılaşdırılıb. Hətta məşqçinin yekun cavabından sonra Saşa İliçlə yolların ayrılması dəqiqləşib.

"Kimyaçılar" tezliklə Samir Abasovla müqavilə imzalayacaq. Onun qarşısına qoyulacaq tələb yeni komanda formalaşdırmaq və avrokuboklara vəsiqə qazanmaq olacaq.

Xatırladaq ki, mütəxəssis 2015-18-ci və 2022-24-cü illərdə "Sumqayıt"ın "sükanı arxasında” olub. 2024-cü ilin oktyabrında "Neftçi"nin baş məşqçisi təyin edilən Abasov uğursuz nəticələrə görə istefaya göndərilib.

KƏNAN BAHADIR

Seçilən
23
2
football-plus.az

3Mənbələr