AZ

Fərid Qayıbov Miroslav Kroquletsi qəbul edib FOTO

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Mayın 26-da gənclər və idman naziri Fərid Qayıbov Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin İdman və Təşkilati İnkişaf üzrə vitse-prezidenti Miroslav Kroquletsi qəbul edib.

İdman.Biz bildirir ki, görüş zamanı inklüziv idmanın inkişafı, xüsusi qayğıya ehtiyacı olan şəxslərin idmana cəlb olunması istiqamətində həyata keçirilən layihələr, eləcə də gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin İdman və Təşkilati İnkişaf üzrə baş direktoru Kşiştof Krukovski, Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov, komitənin milli direktoru Rövşən Məmmədov və müşaviri Murad Həşimov da iştirak ediblər.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
6
icma.az

7Mənbələr