AZ

İtaliya klubu türkiyəli yarımmüdafiəçi ilə müqavilə imzaladı

"Torino" müqaviləsi başa çatan Emirhan İlkhanla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi türkiyəli futbolçunu komandada saxlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Emirhan İlkhan 2022-ci ilin yayından "Torino"da çıxış edir. Gənc oyunçu başa çatan mövsümdə komandanın heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
29
1
sportal.az

2Mənbələr