Azərbaycan mayın 26-da Ermənistana yerli istehsal olan tikinti materialları göndərib.
Musavat.com xəbər verir ki, ümumi dəyəri 5 911,21 dollar olan məhsullar gömrük prosedurlarından keçdikdən sonra Ermənistan istiqamətində yola salınıb.
Yükün ümumi çəkisinin 1 ton 497 kiloqram olduğu bildirilir.
Məlumata əsasən, ixrac olunan məhsullar binaların və tikililərin istilik izolyasiyası üçün nəzərdə tutulan ekstruziya köpük polistirol lövhələrindən ibarətdir.
Musavat.com