AZ

Pələng yatan qadını parçaladı

Hindistanın Bandhavqarh qoruğu yaxınlığındakı kəndlərdən birində faciəvi hadisə baş verib.

Publika.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Bildirilib ki, vəhşi pələng kəndə daxil olaraq həyətdə yatan insanlara hücum edib.

Hadisə nəticəsində 48 yaşlı qadın yerindəcə həyatını itirib, daha iki nəfər isə ağır yaralanıb. Yaralılar kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Seçilən
25
publika.az

1Mənbələr