Ermənistanda məhv olmuş Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyinin yerləşdiyi bina ilə bağlı diqqətçəkən qərar qəbul edilib.
Musavat.com xəbər verir ki, Ermənistanın İnzibati Məhkəməsi Baş Prokurorluğun iddiasını təmin edərək qondarma “artsax respublikası”nın həmin bina üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatını ləğv edib.
Məlumata görə, qərarla separatçıların “nümayəndəlik binası” faktiki olaraq onların nəzarətindən çıxarılıb. Qərarın Apellyasiya Məhkəməsində mübahisələndiriləcəyi bildirilib.
Separatçıların vəkili Roman Yeritsyan sosial şəbəkədə yaydığı açıqlamada məhkəmə qərarını təsdiqləyib.
Qeyd olunur ki, sovet dövründə həmin binada Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Teatrı fəaliyyət göstərib.
Musavat.com