AZ

Parislilərə parad qadağası

Parisli futbolsevərlər Çempionlar Liqasının (ÇL) finalı ərəfəsində məyus olub. PSJ həlledici oyunda qalib gələcəyi halda azarkeşlərinin Parisdə çempionluq paradı keçirməsinə icazə verilməyəcək.

"Football-plus.az" xəbər verir ki, Fransa paytaxtının 8-ci dairə meriyasının yaydığı məlumata görə, ölkə rəhbərliyi paytaxtda baş verə biləcək mümkün iğtişaşların qarşısını almaq məqsədilə Yelisey çöllərində çempionluq yürüşünün keçirilməsinə qadağa qoyacaq.

ÇL-in final matçı mayın 30-da Budapeştdə keçiriləcək. Həlledici oyunda PSJ-nin rəqibi “Arsenal” olacaq. Bu, Paris təmsilçisi üçün ardıcıl ikinci ÇL finalıdı. Xatırladaq ki, Luis Enrikenin komandası 2025-ci il mayın 31-də Münhendəki “Alyants Arena”da keçirilən finalda “İnter”i 5:0 hesabı ilə məğlub edərək ilk dəfə qitənin ən nüfuzlu klub turnirininin qalibi olub.

Seçilən
67
1
football-plus.az

2Mənbələr