AZ

Cəlilabadda qəza oldu - Yaralılar var

Cəlilabad rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal" xəbər verir ki, qəza rayonun Xətai küçəsi ilə A. Azərtürk küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, Masallı sakininin idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili hərəkətdə olarkən kiçik tutumlu “Ford” yük maşınının qarşısına çıxıb. Nəqliyyat vasitələrinin toqquşmasından sonra “06” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb.

Hadisə nəticəsində “VAZ-2106” markalı avtomobilin ön hissəsi ciddi şəkildə deformasiyaya uğrayıb. Qəza zamanı avtomobildə olan sərnişin ayaq-baldır nahiyəsinin sınığı diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanası çatdırılıb. Sürücüyə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Seçilən
13
5
unikal.az

6Mənbələr