AZ

“Ford”un qarşısına çıxan “VAZ 2106” qaz borusuna çırpıldı FOTO

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

Cəlilabad rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza rayonun Xətai küçəsi ilə A. Azərtürk küçəsinin kəsişməsində qeydə alınıb.Belə ki, Masallı sakininin idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili hərəkətdə olarkən kiçik tutumlu “Ford” yük maşınının qarşısına çıxıb.

 

Nəqliyyat vasitələrinin toqquşmasından sonra “06” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb. Hadisə nəticəsində “VAZ-2106” markalı avtomobilin ön hissəsi ciddi şəkildə deformasiyaya uğrayıb.

Qəza zamanı avtomobildə olan sərnişin ayaq-baldır nahiyəsinin sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb. Sürücüyə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
5
bizim.media

6Mənbələr