
"Forbes" jurnalı 25 yaşadək olan ən yüksək gəlirli idmançıların növbəti reytinqini təqdim edib.
AFN.az xəbər verir ki, siyahıya İngiltərənin "Mançester Siti" klubunun norveçli hücumçusu Erlinq Holand başçılıq edir. O, son bir ildə klubla müqaviləsi, reklam gəlirləri və ictimai çıxışları sayəsində 80 milyon dollar qazanıb.
Siyahıda ilk yerləri tutan gənc idmançılar aşağıdakılardır:
Erlinq Holand (futbol) – 80 milyon dollar
Entoni Edvards (basketbol) – 69 milyon dollar
Karlos Alkaras (tennis) – 61,5 milyon dollar
Vinisius Junior (futbol) – 600 milyon dollar
Keyd Kanninqem (basketbol) – 58,6 milyon dollar
Yannik Sinner (tennis) – 54,6 milyon dollar