AZ

Mirzoyan “bezdirdiniz” dedi – Bakıdakı erməni cinayətkarları yenə gündəmdə

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Bakıda cəza çəkən erməni hərbi cinayətkarları məsələsinin ABŞ ilə aparılan danışıqlarda daim gündəmə gətirildiyini bildirib.

Musavat.com xəbər verir ki, erməni mediasının ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri zamanı bu mövzunun müzakirə olunub-olunmaması barədə sualını cavablandıran Mirzoyan məsələnin mütəmadi şəkildə qaldırıldığını deyib.

Bu barədə min dəfə danışmışam. Əgər hər dəfə əlavə təminat lazımdırsa, yenə min dəfə bu məsələni qaldırmağa hazıram. Soruşsanız da, soruşmasanız da, – deyə Ermənistan XİN başçısı bildirib.

Mirzoyan daha əvvəl Gümrüdə işlətdiyi “bezdirdiniz artıq” ifadəsinə də münasibət bildirib. Onun sözlərinə görə, həmin sözlər Bakıda saxlanılan erməni hərbi cinayətkarları ilə bağlı suala deyil, tədbiri tərk etməyə tələsdiyi halda jurnalistlərin sualları davam etdirməsinə yönəlib.

Nazir bildirib ki, bu ifadə sonradan kontekstdən çıxarılaraq fərqli şəkildə təqdim olunub.

 

Musavat.com

Seçilən
50
musavat.com

1Mənbələr