AZ

Şəkər əvəzediciləri faydalıdır, yoxsa risklidir?

Nutrioloqlar bildirirlər ki, şəkər əvəzediciləri adi şəkərdən fərqlənsə də sağlam insanlar üçün bu fərq o qədər də böyük deyil.

Day.Az xəbər verir ki, steviya, eritrit və sukraloza kimi əvəzedicilər az kalorili hesab olunur və qanda şəkərin səviyyəsini kəskin artırmır.

Mütəxəssislərin sözlərinə görə, eritrit və steviya diabet xəstələri üçün daha uyğun seçim sayılsa da, onların həddindən artıq istifadəsi tövsiyə edilmir.

Araşdırmalar bəzi şəkər əvəzedicilərinin ürək-damar problemləri ilə əlaqəli ola biləcəyini göstərir.

Ekspertlər vurğulayırlar ki, əsas məsələ şəkərə olan asılılığı azaltmaq və düzgün qidalanma vərdişləri formalaşdırmaqdır.

Onların fikrincə, ən yaxşı alternativ meyvə, giləmeyvə və liflə zəngin qidalardır.

Seçilən
53
day.az

1Mənbələr