AZ

Gənc qız sevgilisinə evlilik təklifi ETDİ VİDEO

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Türkiyənin İzmir şəhərində keçirilən konsert zamanı yaşanan hadisə sosial şəbəkələrdə gündəm olub.

Milli.Az xəbər verir ki, musiqi tədbiri zamanı gənc bir qız səhnə önündə sevgilisinə evlilik təklifi edərək hər kəsi təəccübləndirib. Ətrafdakılar həmin anları mobil telefonla lentə alaraq sosial platformalarda paylaşıblar.

Görüntülər qısa müddətdə geniş yayılıb və müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər gənc qızın addımını cəsarətli və romantik hesab etsələr də, digərləri bu cür təkliflərin edilməsini doğru saymayıblar.

Müzakirələrə səbəb olan video sosial mediada minlərlə baxış və rəy toplayıb.

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
71
news.milli.az

1Mənbələr