AZ

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin   10-cu bəndinə və III hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Abdullayev Elşən Uğur oğlu,

Əliyeva Aytən Heydər qızı,

Hüseynov Elməddin Mirpaşa oğlu,

Hüseynov Telman Qulaməli oğlu,

İsmayılzadə Fərid Sabir oğlu,

Qafarova Rəna Nazim qızı,

Nuriyev Elnur Aləm oğlu.

2. Sadıqov Vahid Nəriman oğlu vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilsin.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Sahibə QAFAROVA,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri 

Bakı şəhəri, 26 may 2026-cı il

Seçilən
52
9
azerbaijan-news.az

10Mənbələr