AZ

Ceyhun Bayramov Nyu-Yorkda türkmənistanlı həmkarı ilə görüşüb - FOTO

BAKI, 27 may. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və təmasların dostluq və qardaşlıq münasibətlərinə əsaslanan ikitərəfli əlaqələrin daha da inkişafında rolu və əhəmiyyətindən bəhs olunub.

Həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən iqtisadiyyat, ticarət, energetika, nəqliyyat-logistika, habelə humanitar, elm, təhsil və mədəniyyət sahələri üzrə, eləcə də Xəzər dənizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Bununla yanaşı, çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın və həmrəyliyin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, bütövlükdə regionda sülhün, sabitliyin və davamlı inkişafın qorunmasının əhəmiyyəti vurğulanıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
34
teleqraf.com

1Mənbələr