AZ

ABŞ Sakit okeanda narkotik daşıdığı ehtimal olunan qayığı vurub

BAKI, 27 may. TELEQRAF

ABŞ hərbçiləri Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olduğu ehtimal edilən qayığa zərbə endirib.

Teleqraf xəbər verir ki, əməliyyat nəticəsində bir nəfər ölüb, iki nəfər isə sağ qalıb.

ABŞ Müdafiə Nazirliyinin Cənub Komandanlığının (SOUTHCOM) açıqlamasında bildirilib ki, qayıq Sakit okeanın şərq hissəsində narkotik daşınması üçün istifadə olunan marşrutlarla hərəkət edirmiş.

Qeyd olunub ki, kəşfiyyat məlumatları qayığın qanunsuz narkotik daşınmasında iştirak etdiyini təsdiqləyib.

“Bu əməliyyat zamanı narkoterrorçu olduğu iddia edilən bir nəfər öldürülüb, iki nəfər isə sağ qalıb”, - deyə məlumatda vurğulanıb.

ABŞ Sahil Mühafizəsi sağ qalan iki nəfərlə bağlı məlumatlandırılıb və onların axtarışına başlanılıb.

Xatırladaq ki, aprelin 16-da da ABŞ hərbçiləri Sakit okeanda oxşar əməliyyat keçirərək narkotik terrorçusu olmaqda şübhəli bilinən üç nəfəri zərərsizləşdirmişdi.

Seçilən
32
teleqraf.com

1Mənbələr