AZ

ABŞ İranla sülh müqaviləsinə əlavələr edəcək

ABŞ hakimiyyəti "İbrahim razılaşmaları"nın genişləndirilməsinin İranla əldə ediləcək sülh sazişinə təbii bir əlavə olacağını hesab edir.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin birinci müavini Anna Kelli "Semafor" portalına verdiyi açıqlamada bildirib.

A.Kelli ABŞ Prezidenti Donald Trampın bu razılaşmaların tərəflər üçün əhəmiyyətli faydalar gətirdiyi və tarixi əməkdaşlıq imkanları yaratdığı barədə fikirlərini xatırladıb. "Bu, sülh sazişi üçün təbii bir tamamlayıcı olardı", – deyə o qeyd edib.

"Semafor" portalının Ağ Evdəki mənbəsinin verdiyi məlumata görə, "İbrahim razılaşmaları"nı İranla olan razılaşmalarla əlaqələndirmək cəhdləri sülh nizamlanması prosesinə mane ola bilər.

Seçilən
49
publika.az

1Mənbələr