AZ

Yevlaxda dəhşətli QƏZA – Baba yaralandı, nəvə həyatını itirdi

Yevlaxda dəhşətli qəza baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

"BMW" markalı avtomobilin sürücüsü rayonun mərkəzi küçəsində idarəetməni itirərək səkidə hərəkət edən baba və nəvəni vurub. Nəticədə nəvə hadisə yerindəcə dünyasını dəyişib, baba isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Seçilən
32
bizim.media

1Mənbələr