Bu gün Konfrans Liqasında final matçı keçiriləcək.
Msport.az xəbər verir ki, Almaniyanın Leypsiq şəhərindəki “Red Bull Arena”da keçiriləcək həlledici görüşdə “Kristal Pelas” və “Rayo Valyekano” qarşılaşacaq.
Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçı italiyalı Maurisio Mariani idarə edəcək.
Qeyd edək ki, Konfrans Liqasına sahib olan komanda növbəti mövsüm UEFA Avropa Liqasının Liqa mərhələsində iştirak etmək hüququ qazanacaq.