AZ

Hava dəyişiklikləri ürəyə necə təsir edir? 

Havanın qəfil isinməsi və ya soyuması arterial təzyiqə və insanın ümumi vəziyyətinə təsir göstərə bilər. Xüsusilə yaşlı insanlar və hipertoniya xəstələri bu dəyişikliklərdən daha çox əziyyət çəkirlər.

Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı kardioloq İrina Tarasova “Lenta.ru”ya müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, hava isti olduqda damarlar genişlənir, tərləmə artır və orqanizm maye itirir. Bu səbəbdən təzyiq aşağı düşə bilər. Bununla yanaşı, halsızlıq, başgicəllənmə və ürək döyüntüsünün sürətlənməsi müşahidə olunur.

Hava soyuduqda isə damarlar daralır ki, bu da arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər. Bundan əlavə, soyuq havada ürəyə düşən yük də artır.

Tarasova bildirib ki, insan orqanizmi adətən xarici mühitdəki dəyişikliklərə uyğunlaşa bilir. Lakin hava şəraiti çox sürətlə dəyişdikdə damarlar bu dəyişikliklərə vaxtında reaksiya verə bilmir.

“Qəfil hava dəyişiklikləri həqiqətən də arterial təzyiqə və ümumi sağlamlıq vəziyyətinə təsir göstərə bilər. Xüsusilə ürək-damar xəstəlikləri olan insanlarda atmosfer təzyiqinin, havanın temperaturunun, rütubətin kəskin dəyişməsi və maqnit qasırğaları zamanı vəziyyətin pisləşməsi daha çox müşahidə olunur”, — deyə həkim əlavə edib.

Həmidə İbrahimova

Seçilən
64
1
olke.az

2Mənbələr