Həccdə olan zəvvarlar ziyarəti tamamlayıb.
APA xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, zəvvarlar artıq Mina, Ərafəti ziyarət edib, həcc adını alıblar:
"Bu gün orada qurbanlar kəsiləcək. Hər il olduğu kimi bu il də müqəddəs torpaqlarda ümummilli lider Heydər Əliyev və şəhidlərin adına qurbanlar kəsiləcək".