AZ

Gürcü mediası Bakı-Tbilisi qatarından yazdı » AzadMedia.az


Mayın 26-dan etibarən Tbilisi ilə Bakı arasında sərnişin qatarı fəaliyyətini bərpa edib.

Gürcüstan Dəmir Yolları qiymətlərin dinamik olduğunu və bir istiqamətdə 135 laridən (86,12 azn) 370 lariyə (236,04 azn) qədər dəyişdiyini bildirir.

“Biletin konkret qiyməti alış zamanı müəyyən edilir. Biletlər kassalarda satılır və 7 lari ( 4,47 azn)komissiya əlavə olunur. Biletləri həmçinin [tkt.ge saytında] onlayn olaraq əldə etmək mümkün olacaq”, - deyə bizə Gürcüstan Dəmir Yollarından bildiriblər.

Gürcüstan Dəmir Yollarından verilən məlumata görə, reyslər hər gün həyata keçirilir. Qatar Tbilisidən saat 21:00-da yola düşür və Bakıya saat 06:25-də çatır; qatar Bakıdan saat 23:10-da yola düşür və Tbilisiyə saat 08:40-da çatır.

"Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasına görə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə dayanacaqlar Bakı Dəmir Yolu Stansiyası, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstanda isə iki dayanacaq - Qardabani və Tbilisi Dəmir Yolu Stansiyalarında planlaşdırılır.

Gürcüstan tərəfi mayın 18-də Tbilisi ilə Bakı arasında dəmir yolu nəqliyyatının bərpa olunduğunu elan etdi.

Gürcüstan və Azərbaycan arasında dəmir yolu nəqliyyatının 2025-ci ilin may ayında rəsmi razılaşma ilə bərpa olunmalı idi. Azərbaycan 2020-ci ildən bəri Covid pandemiyasının yayılması səbəbindən quru sərhədlərini bağlayıb.
Seçilən
42
1
azadmedia.az

2Mənbələr