AZ

Berdıyev: “Yerli futbolçular ötən illə müqayisədə daha çox çalışırlar”

ain.az, futbolpress-az saytına istinadən bildirir.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasında legioner limitinin ləğv olunmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, “Cappuccino&Catenaccio Show” podkastında danışan mütəxəssis bunları deyib:

“Azərbaycanda limit ləğv olunub və çempionatın səviyyəsi bir neçə dəfə artıb. İndi istənilən komanda digərindən xal ala bilir. Yerli futbolçular ötən illə müqayisədə daha çox çalışırlar. Əvvəl komandada yerləri hazır idi, amma indi daha çox əziyyət çəkməlidirlər. Rəqabət futbolçunu da, liqanı da inkişaf etdirir”.

Berdıyev 2024-cü ilin yayından “Turan Tovuz”u çalışdırır. Komanda onun başçılığı altında bu mövsüm liqanı üçüncü sırada bitirib və Konfrans Liqasına vəsiqə qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
81
4
futbolpress.az

7Mənbələr