AZ

Naxçıvanda “İşığa doğru” adlı inklüziv konsert proqramı təşkil olunub

Naxçıvan, 27 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarlarının iştirakı ilə Heydər Əliyev Sarayında “İşığa doğru” adlı inklüziv konsert proqramı təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət nümayəndələri, Ali Məclisin deputatları və muxtar respublika sakinləri iştirak ediblər.

Konsert proqramının bədii hissəsindən əvvəl mərkəzin benefisiarlarının müxtəlif mövzularda hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Proqram çərçivəsində mərkəzin musiqi terapiyası bölməsinin benefisiarlarının və şəhid övladlarının ifasında “Sığmazam”, “Dahi”, “Azərbaycan”, “Naxçıvan” musiqi nömrələri təqdim olunub, həmçinin “Qarabağ” rəqs kompozisiyası nümayiş etdirilib.

Həssas kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyası və yaradıcı potensiallarının inkişafına dəstək məqsədi daşıyan konsert iştirakçılar tərəfindən maraq və alqışlarla qarşılanıb.

Sonda benefisiarlarla görüşən səlahiyyətli nümayəndə onları təbrik edib və uğurlar arzulayıb.

Müxbir - Nail Əsgərov

Seçilən
48
1
azertag.az

2Mənbələr