Axsham.az saytına istinadən ain.az xəbər verir.
Aşıq Zülfiyyə İbadova gəlinindən danışıb.
Axşam.az xəbər verir ki, "Axşam 7də" verilişinin qonağı olan ifaçı münasibətlərindən söz açıb və gəlinin öz qohumu olduğunu deyib:
"Gəlinimin adını telefonuma "Ürəyim" yazmışam. Allah gəlin və qayınanaları mehriban etsin. Tanıyanlar bilir ki, onu nə qədər çox istəyirəm. Bir balaca xətrinə dəysəm, yata bilmərəm. 5 il bir yerdə qalmışıq. İndi ayrı yaşayırıq. Gəlinim öz dayımın nəvəsidir. Onu gəlinim olandan sonra çox istəmişəm. Gəlinə mənfi yanaşanlar mənə çatmır".
Qeyd edək ki, Z.İbadovanın Babək adlı bir övladı var. İfaçının iki nəvəsi dünyaya gəlib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.